Saxta malların aşkar edilməsi mövzusunda konfrans keçirilib
10 avqust 2016 16:41 (UTC +04:00)

Saxta malların aşkar edilməsi mövzusunda konfrans keçirilib

Avqustun 10-da Bakıda saxta malların aşkar edilməsi və bu sahədə mübarizə məsələlərinə həsr olunmuş konfrans keçirilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, “Procter & Gamble Azərbaycan Xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkil etdiyi tədbirdə Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak edib.

 

Konfransın açılış mərasimində Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisinin birinci müavini Rauf Məmmədov bütün dünyada aktual məsələlərdən biri olan saxta mallar probleminə toxunub. Bundan əlavə, Azərbaycanda saxta mallara qarşı mübarizə tədbirlərinin daha da səmərəli aparılması üçün ilk növbədə bu sahəni tənzimləyən beynəlxalq və milli qanunvericilik haqqında məlumat verilib.

 

Eyni zamanda bildirilib ki, qeyd olunan sahədə yaranan problemlərin daha çevik və səmərəli şəkildə qarşısının alınmasında bu cür qarşılıqlı əməkdaşlıq daha da əlverişli əsas yaradır.

 

“Procter & Gamble Azərbaycan Xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Tayqun Günay şirkətin dünyada saxta mallara qarşı apardığı mübarizədən danışıb, gələcəkdə də belə tədbirlərin keçirilməsini dəstəkləmək niyyətində olduqlarını söyləyib. Dövlət Gömrük Komitəsinin saxta mallara qarşı mübarizə işinə töhfə verdiklərinə görə məmnun olduğunu bildirən şirkətin direktoru bu konfransın bütün tərəflər üçün faydalı olacağını vurğulayıb.

 

Sonra saxta mallarla mübarizəyə dair “Procter & Gamble” şirkətinin dünya təcrübəsi barədə şirkətin regional mütəxəssisi Denis Kraxmalovun məruzəsi dinlənilib. Məruzədə dünya praktikasından misallar gətirilərək beynəlxalq səviyyədə aşkarlanan qaçaqmalçılıq kanalları, üsulları və faktları barədə ətraflı məlumat verilib.

 

Konfrans saxta malların aşkarlanması üzrə treninqlə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232
avatar

Oxşar yazılar