Samsung Store hədiyyə kampaniyasını davam etdirir
20 iyun 2013 14:00 (UTC +04:00)

Samsung Store hədiyyə kampaniyasını davam etdirir

Yeni brendləşdirilmiş mağazadan hədiyyə qazananların  sayı 
günbəgün artmaqdadır

Samsung mobil telefonlarının Azərbaycandakı rəsmi distribyutoru -  “İntegral” şirkətinin “İntegralPlus” satış şəbəkəsinə məxsus yeni Samsung Store mağazasında möhtəşəm hədiyyə  kampaniyası davam edir. Eyni zamanda, xoşbəxt hədiyyə sahiblərinin sayı günbəgün artmaqdadır. Xatırladaq ki, bu yaxınlarda  Bakının mərkəzində, 28 May, 20 ünvanında açılmış  yeni mağazada hər  Samsung televizoru alana (diaqonal və seriyasından asılı olaraq) - Samsung Galaxy fotokamerası, Samsung Galaxy Tab 2 planşeti və yaxud Samsung Galaxy Young mobil telefonu hədiyyə edilir. Samsung noutbuklarını əldə edənlərə printer və 10-aylıq limitsiz İnternet təqdim edilir. Samsung mobil telefonu əldə edənlərə aksessuar, Samsung Galaxy, digər fotokamera və yaxud planşet alanlara isə Samsung Galaxy Young mobil telefonu bağışlanır.

Mağazada Samsung brendinin geniş çeşidli müasir model xətti, həmçinun, zəngin aksessuar seçimi təklif olunur. Bütün bunlarla müştərilər komfortlu şəraitdə, yüksək səviyyəli xidmətlə, rahat şəkildə tanış ola bilirlər. Samsung firma mağasının əsas fərqliliyi və üstünlüyü – nümayış (demo) zonasının mövcudluğudur. Demo-zonada malları əyani surətdə dəyərləndirmək və onların ən müxtəlif cəhətlərini gözdən keçirmək mümkündür. Burada təqdim olunan modelləri dizayn, funksionallıq baxımından qiymətləndirmək, istənilən opsiyaları yoxlamaq, ən yeni məhsulları sınaqdan keçirmək, məhsulların fərqli və üstün tərəflərini açıqlayan texniki xüsusiyyətlərə dair peşəkar məsləhət almaq olar. Şəkillərə  baxış, tətbiqilərin yüklənilməsi,  İnternetə  çıxış - bunların hamısı  mağazada tam  ödənişsiz şəkildə  həyata keçirilir! 

“Integral” şirkətimiz 15 ildən artıqdır ki Azərbaycan bazarında fəaliyyət göstərir. Samsung Electronics-in rəsmi distributoru olaraq, biz bu dünya şöhrətli istehsalçının orijinal və sertifikatlaşdırılmış mobil qurğuların satışı ilə məşğuluq. “Integral” şirkətinə məxsus “İntegral Plus” mağazalar şəbəkəsinin çoxsayli satış məntəqələri müştərilərə yüksək keyfiyyətli mallar və maksimal rahat xidmətlə təmin edir. Biz müştərilərimizə daha yaxın olmaq üçün daim səy göstəririk və satış şəbəkəsimi fəal şəkildə inkişaf etdirməyə çalışırıq. Samsung Store brend mağazasının açılışı  şirkətimiz üçün mühüm addımdır. Əminəm ki, bu həm Samsung məhsullarının, həm də şirkətimizin mövqelərini Azərbaycan bazarında möhkəmləndirəcək”, - “İntegralPlus” magazalar şəbəkəsinin direktoru Ramin Dadaşov yerli televiziya şirkətlərinə müsahibə verərkən bildirib .

Xatırladırıq ki, Samsung Store-da hədiyyə kampaniyasının ən qızğın çağıdır! Odur ki tələsin! Hədiyyələr Sizi bu ünvanda gözləyir: Bakı, 28 may küçəsi, 20,  “Samsung store” mağazası!

 

Əlavə məlumat üçün *9494 qısa nömrəsinə zəng edin, və yaxud www.integralplus.az. saytını ziyarət edin.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1777
avatar

Oxşar yazılar