
Bu şadlıq sarayları havanı çirkləndirir - SİYAHI
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən növbəti dəfə ictimai-iaşə obyektlərində monitorinqlər aparılıb, təmizləyici qurğuların quraşdırılması üçün kompleks tədbirlər görülüb. Artıq restoran və şadlıq saraylarının 90 faizində qurğular quraşdırılıb”.
Lent.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev bildirib.
O, qeyd edib ki, bəzi şadlıq sarayları və restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılması ilə bağlı şikayətlər daxil olduğundan təkrar monitorinqlərə başlanılıb:
“Keçirilən monitorinqlər zamanı təmizləyici qurğuların filtrlərinin vaxtaşırı təmizlənmədiyi səbəbindən 31 obyektdən havaya yenə də normadan artıq tullantıların atıldığı məlum olub.
Bunlar “Real”, “Golden Ring”, “Sonalar Sonası”, “Milord”, “Həyat”, “Cənnət”, “Flaminqo”, “Qızıl Buta”, “Madonna”, “Afrodita”, “Oazis”, “Qızıl Tac”, “Gold Palace”, “Niel”, “İdeal”, “Şəhanə” və digər şadlıq saraylarıdır ki, onların sahiblərinə çirklənmiş filtrlərin vaxtlı-vaxtında dəyişdirilməsi barədə göstərişlər verilib. Araşdırma və monitorinqlər davam etdirilir”.
ETSN rəsmisi əlavə edib ki, təmizləyici qurğuların quraşdırılması ilə iş bitmir, bundan sonra da qurğulara davamlı texniki xidmət göstərilməli, filtrlər vaxtaşırı dəyişdirilməli, verilən göstərişlər yerinə yetirilməlidir:
“Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılması qarşımıza mühüm vəzifə kimi qoyulub və bundan sonra da bu istiqamətdə Nazirlik tərəfindən lazımi və sərt tədbirlər görüləcək”.
Oxşar yazılar

Tezliklə varlanacaq BÜRCLƏR: Onlara böyük pul gələcək
27 avqust 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
27 avqust 2025 , 08:18
DİQQƏT: Bu ərazilərdə qaz olmayacaq
27 avqust 2025 , 08:12
Tanınmış jurnalist Rüstəm Qaraxanlı vəfat etdi
27 avqust 2025 , 05:50
Göz yaşlarını niyə saxlaya bilmirik? - Alimlər izah etdi
26 avqust 2025 , 18:47
Yalnız bir BÜRC tezliklə həyata yenidən başlamaq üçün nadir şans əldə edəcək
26 avqust 2025 , 18:33
Bu il universitetə qəbul olanların sayı AÇIQLANDI
26 avqust 2025 , 18:28