Perspektiv gələcəyin təminatçıları
15 yanvar 2014 10:20 (UTC +04:00)

Perspektiv gələcəyin təminatçıları

Hər bir ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və kreativ qüvvəyə, sosiumun aparıcı üzvlərinə çevrilməsindən asılıdır.

Çünki gənclər zamanın istənilən kəsimində böyük yaradıcı və güc sahibi olduqlarından, onların düzgün istiqamətləndirilməsi nəticəsində dövlətçiliyin gələcəyini qorumaq mümkün olur. Bu da bir faktdır ki, gənc nəslin inkişaf səviyyəsi həmin dövlətin və ya cəmiyyətin sosial-iqtisadi, mənəvi-mədəni, eyni zamanda, siyasi həyatının tərəqqi göstəricisinə çevrilir. Yəni, gənclərə göstərilən diqqət və qayğı dövlətin uğurlu inkişafından xəbər verir.

Bu gün Azərbaycanda gənclər dövlət siyasətinin mühüm hissəsini əhatə edir və bu sahədə praqmatik siyasət yürüdülür. Gənclər cəmiyyətin aparıcı qüvəsi kimi qəbul olunmaqla  onların düşüncələri, fikirləri və təklifləri öyrənilir, müvafiq addımlar atılır. Ölkədə reallaşan məqsədyönlü, praqmatik, rasional gənclər siyasətinin nəticəsidir ki, Azərbaycan gəncliyi sağlam və vətənpərvər ruhda yetişir. Azərbaycan gəncləri milli-mənəvi dəyərlərin qorunmasında, elmi, intellektual potensialın reallaşdırılmasında əhəmiyyətli rol oynamağa, dövlət institutlarında təmsil olunmağa başlamış, müstəqilliyin keşiyində duran vahid qüvvə kimi formalaşmışlar. Daxili aktivlikləri ilə kifayətlənməyən gənclik müxtəlif ictimai birliklər yaradaraq ölkəmizi xarici arenada da təmsil etməyə başlamışdır. Bu isə gənclərin inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından xəbər verir.

Müasir Azərbaycan gəncləri fəal sosial təbəqə kimi demokratikləşmə prosesində yaxından iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesinə layiqli töhfə verirlər. Dövlət başçsının da vurğuladığı kimi gənclər əsasən ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, sabitliyin, dinamik inkişafın qorunub saxlanılmasında mühüm rol oynayırlar.

Lakin bu gün Azərbaycan gəncliyinin qarşısında həlli mürəkkəb bir sıra məsələlər dayanır. Bu problemlərin ən böyüyü, ən çətin düyünlüsü isə məhz Qarabağ problemidir. Hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Qarabağ həqiqətlərinin, Azərbaycan reallıqlarının dünya biriyinə çatdırılmasında, erməni vəhşiliyinin obyektiv qiymətləndirilməsində bütöv bir yumruq kimi birləşməlidir. Ümumilikdə isə biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi, Vətənimizin dinamik inkişafı naminə böyük səylə çalışmalıyıq.

Nailə Məmmədova

şərqİ avropada təhsİl alan tələbə və məzun İctİmaİ bİrlİyİnİn fəalı

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494
avatar

Oxşar yazılar