Sabah HAVA necə olacaq?
02 avqust 2019 14:03 (UTC +04:00)

Sabah HAVA necə olacaq?

Avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacağı, əsasən yağmursuz keçəcək. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. 
 
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-32, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti təşkil edəcək.
 
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz olacaq. 
 
Abşeron çimərliklərində gözlənilən hava şəraiti:
 
Mülayim şimal-qərb küləyi əsəcək.  Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 
 
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoz:
 
Avqustun 3-də Abşeron yarımadasında xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1203
avatar

Oxşar yazılar