Nazirlikdən əhaliyə <span style="color:red;">HAVA XƏBƏRDARLIĞI
15 avqust 2017 12:37 (UTC +04:00)

Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI

 

Avqustun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Lent.az-a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal  küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz  30-34° isti olacağı, Bakıda gecə  22-24° isti, gündüz  32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi  norma daxilində 760  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə  75-85 %, gündüz  50-60 % olacaq. 

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26°,Türkan, Hövsan, Sahil, Şıxda  26-27° isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında - bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz  31-36° isti, dağlarda gecə 13-18°, gündüz  22-27° isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 433
avatar

Oxşar yazılar