Sabah I və IV qrupların qəbul imtahanıdır
17 may 2014 10:45 (UTC +04:00)

Sabah I və IV qrupların qəbul imtahanıdır

Sabah Azərbaycanda növbəti qəbul imtahanı keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Lent.az-a verilən məlumata görə, mayın 18-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.


İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 34 binada baş tutacaq.

  
İmtahanda 18773 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 13856 abituriyent I qrup üzrə, 4917 abituriyent IV qrup üzrə imtahan verəcək. 

Abituriyentlərdən 17551 nəfəri (I qrup üzrə 12876 nəfər, IV qrup üzrə 4675 nəfər) Azərbaycan bölməsinin, 1222 nəfəri (I qrup üzrə 980 nəfər, IV qrup üzrə 242 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 11923 nəfəri (I qrup üzrə 8709 nəfər, IV qrup üzrə 3214 nəfər) oğlanlar, 6850 nəfəri (I qrup üzrə 5147 nəfər, IV qrup üzrə 1703 nəfər) isə qızlardır. 

16810 nəfər orta ümumtəhsil məktəblərinin, 191 nəfər ali təhsil müəssisələrinin, 1772 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 57 abituriyent xarici ölkələrin vətəndaşıdır. 

Ən yaşlı abituriyent 1972-ci ildən, ən gənci isə 1996-cı ildəndir.


Bakı şəhərində 9257, Naxçıvanda 1156, Gəncədə 2181, Sumqayıtda 1461, Mingəçevirdə 704, Şəkidə 701, Ağcabədidə 517, Göyçayda 644, Şirvanda 567, Lənkəranda 891, Xaçmazda isə 694 abituriyentin imtahan verəcəyi gözlənilir.


İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 839

Oxşar yazılar