Bakıda və Abşeron yarımadasında martın 26-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumata görə, mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Paytaxtda və yarımadada havanın temperaturu gecə 3-5, gündüz 11-16 dərəcə isti olacaq.
Rayonlarda sabah hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq, cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.