Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, axşam bəzi yerlərdə zəif duman, şimal küləyi əsəcək. Temperatur gecə 1-3, gündüz 4-8 dərəcə isti olacaq.
Rayonlarda əsasən yağmursuz, lakin gecə və səhər bəzi rayonlarda duman, şərq rayonlarında çiskin, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarında gecə 4 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti , bəzi yerlərdə 3 dərəcəyədək şaxta təşkil ediləcək.