Sabah hava küləkli olacaq
28 iyul 2014 12:45 (UTC +04:00)

Sabah hava küləkli olacaq

İyulun 29-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, mülayim şimal küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

 

Havanın temperaturu Bakıda gecə 22-24, gündüz 31-33, Abşeronda gecə 21-24, gündüz 29-34 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və axşam yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1097
avatar

Oxşar yazılar