Sabah Bakının bu rayonunda qaz olmayacaq
09 iyul 2018 19:07 (UTC +04:00)

Sabah Bakının bu rayonunda qaz olmayacaq

Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz”dan Lent.az-a verilən məlumata görə, yeni çəkilmiş diametri 400 və 325 mm-lik  qaz xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar, iyulun 10-da saat 09:00-dan təmir işləri tamamlananadək Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayev, M.Hadi, İ.Zülfüarov, Sadıqcan, X.Məmmədov küçələrinin, Əhmədli kəndi və ətraf ərazilərinin  bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 261
avatar

Oxşar yazılar