Sabah Bakıda qar yağacaq - YENİLƏNİB
15 dekabr 2013 13:52 (UTC +04:00)

Sabah Bakıda qar yağacaq - YENİLƏNİB

Bakı və Abşeron yarımadasında dekabrın 16-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, arabir sulu qara keçəcəyi gözlənilir.  Yarımadanın bəzi yerlərində qar yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunu gecə 0-2 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə  isti,  dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9360

Oxşar yazılar