Sabah Bakıda 1 dərəcə isti olacaq
29 mart 2014 13:19 (UTC +04:00)

Sabah Bakıda 1 dərəcə isti olacaq

0
 Martın 30-da Bakı və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, qısamüddətli yağıntılı olacağı gözlənilir, gecə saatlarında yağışın bəzi ərazilərdə sulu qara keçəcəyi istisna olunmur.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, güclü şimal-qərb küləyi əsəcək, axşama doğru isə küləyin səngiyəcəyi gözlənilir. Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında da martın 30-da hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2509

Oxşar yazılar