<b>Sabah Azərbaycanda hava necə olacaq? - <span style="color:red;">PROQNOZ  </b>
29 avqust 2017 12:15 (UTC +04:00)

Sabah Azərbaycanda hava necə olacaq? - PROQNOZ

 

Avqustun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 22-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25°, gündüz 33-35° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında da sabah hava əsasən yağmursuz olacaq.  Lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468

Oxşar yazılar