Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanının birinci mərhələsində iştirak etmək istəyənlər üçün ərizə qəbulu bu gün başa çatır. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Ərizələrin təsdiqi bu gün saat 00:00-da bitəcək.
Rus bölməsinin Azərbaycan dili imtahanının birinci mərhələsi mayın 4-də, ikinci mərhələsi iyulun 4-də olacaq.