Rus bölməsinin abituriyentləri Azərbaycan dili fənni üzrə iyunun 10-da keçiriləcək imtahanda iştirak üçün "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlumata əsasən, abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün https//www.e-gov.az/az/cervices/read/2516/0tqdk xdm=53 linkinə daxil olmaq lazımdır.
İmtahana gələrkən lazım olan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.