Rus bölməsi üzrə imtahanın nəticələri yaxın iki gündə açıqlanacaq
05 may 2014 13:08 (UTC +04:00)

Rus bölməsi üzrə imtahanın nəticələri yaxın iki gündə açıqlanacaq

”Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014-cü il mayın 4-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirib”. Bu barədə Lent.az-a Komissiyanın mətbuat katibi Elnur Nağızadə məlumat verilib.

 

O qeyd edib ki, imtahanın nəticələri yaxın iki gün ərzində açıqlanacaq. Hazırda Komissiya tərəfindən imtahan protokollarının və cavab kartlarının emalı həyata keçirilir. Proses yekunlaşdıqdan sonra nəticələr elan olunacaq. Nəticələrin elan olunması ilə bağlı ilk məlumat Komissiyanın facebook səhifəsi vasitəsilə veriləcək.

 

Qeyd edək ki, imtahan bütün binalarda eyni vaxtda- saat 13:00-da başlayıb və 45 dəqiqə ərzində aparılıb. İmtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərə öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar