“Nazirlər Kabinetinin və MTRŞ-ın qərarlarına uyğun olaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən rəqəmsal şəbəkənin qurulmasına başlanılıb”. Lent.az-ın məlumatına görə, bunu "Teleradio" İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov bildirib. Onun sözlərinə görə, hazırda rəqəmsal şəbəkə daha da genişləndirilib: “Bu gün respublika əhalisinin 95 faizini əhatə edən bu rəqəmli şəbəkə artıq istismara verilib. Hazırda həmin şəbəkədə 83 ədəd güclü rəqəmli televiziya vericisi istifadə olunur. MTRŞ-nın qərarında göstərildiyi kimi, sosial paket müəyyənləşdirilib. Bu paketə daxil olan bütün televiziya proqramları rəqəmsal şəbəkədə yayımlanır”.
M. Abbasov onu da vurğulayıb ki, Bakıda açıq paketlə yanaşı, kommersiya tipli 6 verici, Gəncədə isə 4 verici yayımlanmaqla, paytaxtda 96 proqram, Gəncədə isə 54 televiziya proqramı yayımlanır: “Rəqəmsal şəbəkənin genişləndirilməsi üçün bu istiqamətdə tədbirlər davam etdirilir. Dövlət Radiotezliklər İdarəsi tərəfindən aparılan monitorinqin nəticəsi göstərir ki, bu ilin sonuna kimi ümumi şəbəkədəki vericilər respublikanın istənilən nöqtəsində rəqəmli televiziyanın yüksək keyfiyyətlə yayımına imkan yaradır”.
Texniki direktor bu sahədə müəyyən problemlərin olduğunu bildirib: “Bununla bağlı müəyyən problem və çətinliklər də var. Çətinliklərdən biri də proqramların rayonlardakı telestansiyalara çatdırlmasıdır. Bu gün “Teleradio” İB-in imkanı ona çatır ki, biz istənilən vaxtı anoloqu dayandırıb, respublikanın bütün bölgələrində rəqəmli televiziya proqramlarının yayımını verə bilərik”.

RİTN tərəfindən rəqəmsal şəbəkənin qurulmasına başlanılıb
Oxşar yazılar

Həftənin sonuna qədər pulla şanslı olacaq BÜRCLƏR: siz də onların arasındasınızmı?
21 avqust 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
21 avqust 2025 , 08:25
Üç BÜRC "Qara zolaqdan" çıxacaq və çoxdan gözlənilən xoşbəxtliyi tapacaq
21 avqust 2025 , 00:02
"Dalga Beach"də işləmiş bir qrup işçi aylardı maaşını ala bilmir-VİDEO
20 avqust 2025 , 23:04
Bu üç ayda doğulan insanlar ən güclü intuisiyaya malikdirlər
20 avqust 2025 , 18:54
Pul yığmağınıza kömək olan 10 MƏSLƏHƏT
20 avqust 2025 , 18:10
Güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
20 avqust 2025 , 17:04