Rezidenturanın boş qalan yerlərinə yerləşdirmənin nəticələri açıqlandı
25 sentyabr 2013 18:55 (UTC +04:00)

Rezidenturanın boş qalan yerlərinə yerləşdirmənin nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturanın boş qalan yerlərinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini açıqlayıb. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rezidenturaya qəbul olmuş şəxslər tələb olunan sənədləri sentyabrın 26-da Səhiyyə Nazirliyinə təqdim etməklə, Naxçıvan Dövlət Universitetinin (NDU) rezidenturasına qəbul olanlar isə həmin müddətdə NDU-nun tibb fakültəsində qeydiyyatdan keçməlidirlər. 

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri müvafiq nazirliklərə göndərilməyəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765

Oxşar yazılar