Azərbaycanda tibb təhsili almış şəxslərin bir hissəsi üçün təyinat sistemi bərpa edilib.
Lent.az-ın məlumatına görə, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev 2013-cü ilin yekunlarına dair keçirdiyi kollegiya iclasında məlumat verib. Onun sözlərinə görə, artıq rezidentura mərhələsindən sonra həkimlərin əvvəllərdə olduğu kimi təyinatla müxtəlif tibb müəssisələrinə göndərilməsinə nail olunub: “Bu sahədə çətinliklər vardı. Belə ki, Tibb Universitetini bitirən gənclərin əksəriyyəti paytaxtda qalıb işləmək istəyirdi. Bu qərarla da buna son qoymuş olduq”.