Rayonlarda yenə yararsız məhsullar aşkarlandı
22 noyabr 2013 16:13 (UTC +04:00)

Rayonlarda yenə yararsız məhsullar aşkarlandı

İstehlaka yararsız məhsullar məhv edilib. Bu barədə Lent. az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib.

 

Monitorinqlər Sumqayıt, Tovuz, Yevlax, Xaçmaz, Ağsu, Cəlilabad və Masallı ərazilərində, həmçinin Bakının Nizami, Sabunçu rayonlarında baş tutub.  Nəticədə xeyli miqdarda saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub. Həmin məhsullar satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

 

ANAR MƏCİDZADƏ

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681

Oxşar yazılar