Azərbaycan ordusunun zabiti, Macarıstandakı məlum hadisəyə görə məhkum edilmiş Ramil Səfərovun bir müddət əvvəl dünyaya gəlmiş qızının fotosu yayılıb. Lent.az-ın məlumatına görə, sosial şəbəkədə paylaşılan fotoda 3 aylıq Sevginin xeyli böyüdüyü hiss olunur.
Qeyd edək ki, Ramil Səfərov 2 il əvvəl Şəbnəm Gülməmmədova adlı xanımla ailə qurub. Bu ilin 28 may tarixində onların Sevgi adlı körpəsi dünyaya gəlib.