Qurban Yetirmişli və Fəxrəddin Qədirov Dövlət Mükafatına təqdim edildi
18 mart 2014 17:24 (UTC +04:00)

Qurban Yetirmişli və Fəxrəddin Qədirov Dövlət Mükafatına təqdim edildi

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının iclası keçirilib. Mərkəzdən Lent.az-a verilən məlumata görə, iclasda geologiya-mineralogiya elmlər doktorları Qurban Yetirmişli və Fəxrəddin Qədirovun Elm sahəsində Dövlət Mükafatına təqdim edilməsi, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na və AMEA Rəyasət Heyətinin qərarına uyğun olaraq, RSXM-də keçirilən attestasiya barəsində, 29-31 may 2014-cü il tarixində Bakıda keçiriləcək "ANTİLOP" Proqram Sistemi Qrupunun VI Beynəlxalq Konfransına hazırlıq, 2014-cü il ərzində mərkəzdə keçiriləcək elmi seminarların gündəliyi və qrafikinin müəyyənləşdirilməsi kimi məsələlərə baxılıb.
AMEA nəzdində RSXM-in Baş direktorunun elmi məsələlər üzrə müavini, fizika - riyaziyyat üzrə fəlsəfə doktoru Azay Rzayevin namizədlərlə bağlı məruzəsindən sonra Elmi-Texniki Şuranın üzvləri yekdilliklə geologiya-mineralogiya elmlər doktorları Q. Yetirmişli və F. Qədirovun Azərbaycan Respublikasının Elm sahəsində Dövlət Mükafatına təqdim edilməsi təklifini dəstəkləyiblər.


Müzakirələr zamanı həmçinin RSXM-də çalışan doktorantların elmi işlərinin hazırlıq vəziyyətinə toxunulub və onların bu ilin mart-aprel aylarında hesabat məruzələrini təqdim etməsi barədə qərar qəbul edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 903

Oxşar yazılar