“Təzəpir Məscidində hər gün iftar süfrəsi açılır. İftar süfrəsini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir”.
Bunu Lent.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı deyib. Qəmər Cavadlının sözlərinə görə, imkansız şəxslər üçün iftar süfrəsi məscidin mərasim zalında gerçəkləşir:
“Həmin ərazidə yaşayan imkansız ailələr orada gəlib iftar açırlar”.
QMİ sözçüsü bildirib ki, imkansız şəxslər üçün iftar süfrəsi Ramazan bayramına qədər davam edəcək.