QHT-lərin İnkişafına Dövlət Dəstəyi Şurasının iclası keçirilib
25 aprel 2014 19:01 (UTC +04:00)

QHT-lərin İnkişafına Dövlət Dəstəyi Şurasının iclası keçirilib

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şuradan Lent.az-a verilən məlumata görə, Şura sədri Azay Quliyev qurumun 2014-cü ilin I rübdəki fəaliyyətinə dair hesabatı, Resurs və Təlim, Təhlil və İnkişaf şöbələrinin təşkil edilməsi, Redaksiya-nəşriyyat komissiyasının yaradılması məsələsi haqqında fikirlərini açıqlayıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qurumun 2014-cü ilin I rübü ərzindəki fəaliyyətinə dair hesabatın Şura üzvlərinə təqdim edildiyini bildirərək sənədin ayrı-ayrı fəsilləri haqqında ətraflı məlumat verib. F. Qurbanov Şuranın tərkibində yaradılması təklif edilən Təhlil və İnkişaf şöbəsinin Azərbaycanın qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasına uyğun olan bütün sahələr üzrə araşdırmalar apararaq təkliflərlə çıxış etməsinin nəzərdə tutulduğunu bildirib. Müzakirələrdə Şuranın maliyyələşdirdiyi layihələr çərçivəsində işıq üzü görən çap məhsullarının nəşriyyat standartlarına uyğunlaşdırılması üçün belə bir komissiyanın yaradılmasının vacibliyi vurğulanıb.

İclasda həmçinin QHT-lərin bank hesablarından istifadəsi ilə bağlı ortaya çıxan problemlərin aradan qaldırılması üçün Mərkəzi Banka müraciət olunması qərara alınıb. İclasın sonunda Şura üzvü İlqar Məmmədov ölkə prezidentinin 20 noyabr 2013-cü il sərəncamına uyğun olaraq “Fərdi elektron pəncərə” məlumat sistemi yaradılması üzrə Ədliyyə Nazirliyinin həyata keçirdiyi fəaliyyət haqqında iclas iştirakçılarına məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664
avatar

Oxşar yazılar