Qeyri-sabit hava şəraiti davam edəcək
25 aprel 2014 12:39 (UTC +04:00)

Qeyri-sabit hava şəraiti davam edəcək

Bakıda və Abşeron yarımadasında aprelin 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyinin güclənəcəyi ehtimal olunur. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumat verilib. Mülayim cənub küləyi axşama doğru arabir güclənən şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 8-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 18-23,  dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.

Qeyd edək ki, aprelin 28-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, küləkli olacağı, 25-də gün ərzində, 26-da axşam və 27-də şimal küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu aprelin 25-də 13-17, 26-da 15-20, 27-də 13-16 dərəcə isti təşkil edəcək. Bəzi rayonlarda şimşək çaxacağı, qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1316

Oxşar yazılar