Qənirə Paşayeva Ümumdünya Qadın Sammitində iştirak edib
06 iyun 2014 17:38 (UTC +04:00)

Qənirə Paşayeva Ümumdünya Qadın Sammitində iştirak edib

Millət vəkili Qənirə Paşayeva Ümumdünya Qadın Sammitində iştirak edib. Lent.az-ın xəbərinə görə, Parisdə öz işinə başlayan sammitdə dünyanın 80-dən artıq ölkəsindən 1200-dən çox qadın iştirak edir. Sammitdə müxtəlif ölkələri təmsil edən nazirlər, birinci xanımlar, millət vəkilləri, işgüzar qadınlar dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda, biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparıb, konkret təkliflərlə çıxış ediblər.

Q.Paşayeva sammitin işində iştirak etməklə bərabər, müxtəlif ölkələrdən gəlmiş fəal qadınlarla da görüşərək onlara Azərbaycanla bağlı geniş məlumatlar verib.

Q.Paşayeva sammit çərçivəsində Fransanın Qadın, Gənclər və İdman Naziri Najat Vallaud-Belkacem başda olmaqla, İslandiya, Qazaxıstan, Malayziya, Böyük Britaniya, Filippin, Mərakeş, Bəhreyn, Polşa, Sloveniya, Vyetnam, Afrida, Samao, Seneqaldan gəlmiş nümayəndə heyətləri ilə görüşüb.

Millət vəkili iştirakçılara Qarabağ həqiqətlərinə dair “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, kitabları və materialları da təqdim edib.

Q.Paşayeva görüşlər zamanı Azərbaycanda qadın məsələləri ilə bağlı da məlumat verib. Azərbaycanın iqtisadi inkişafı barədə məlumatlar verən Q.Paşayeva tədbir iştirakçıları ilə yanaşı, işgüzar xanımları da Azərbaycana dəvət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634

Oxşar yazılar