"Beynəlxalq təşkilatlar bir neçə dövlətin maraqlarını müdafiə edir" - <span style="color:red;">Qənirə Paşayeva
29 noyabr 2017 12:41 (UTC +04:00)

"Beynəlxalq təşkilatlar bir neçə dövlətin maraqlarını müdafiə edir" - Qənirə Paşayeva

"Biz Qərbin ikili standartlarını Xocalı soyqırımına yanaşmada gördük. 100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmir. Eyni vəziyyət Türkiyəyə, Türk dünyasına qarşı yanaşmada da özünü göstəririr”.

 

Lent.az-ın məlumatına görə, bu sözləri millət vəkili Qənirə Paşayeva Samsunda keçirilən konfransda deyib. 

 

Yüzlərlə gəncin iştirak etdiyi konfransda Qərbin Azərbaycana, Türkiyəyə, Türk-Müsəlman dünyasına yanaşmasındakı ikili standartlarından danışan millət vəkili  bu vəziyyətin getdikcə daha da pisləşdiyini xüsusi vurğulayıb: “Bu gün BMT başda olmaqla beynəlxalq təşkilatlar bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var, amma onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərilmir. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır”. 

 

O, Qərbin Türkiyəyə terrorla mübarizəyə dəstək vermədiyini və bunun özünün ən böyük ikili standart olduğunu deyib. Avropada islamafobiyanın artmasının doğurduğu ciddi narahatçılıqdan da danışan millət vəkili bildirib ki, beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya bilmənin tək yolu gücdür. Bu güc isə birlikdən keçir: "Ona görə də Azərbaycan-Türkiyə olaraq birliyimizi daha da gücləndirməli, gənc nəsillərimizi bir-birimizə daha çox sahib ola bilmə ruhunda yetiştirməli və birlikdə haqsızlıqlara qarşı mübarizəmizi gücləndirməliyik". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

Oxşar yazılar