Qənirə Paşayeva gürcüstanlı gənclərlə görüşüb
03 iyun 2014 15:15 (UTC +04:00)

Qənirə Paşayeva gürcüstanlı gənclərlə görüşüb

Millət vəkili Qənirə Paşayeva Gürcüstandan gəlmiş  gənclərindən  ibarət 30 nəfərlik nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Q.Paşayeva erməni silahlı dəstələri və erməni terror təşkilatlarının 20-ci əsrin əvvəllərində Azərbaycanın müxtəlif bölgələrində törətdiyi dəhşətli soyqırımı barədə geniş məlumat verib və bu soyqırımı zamanı 10 minlərlə dinc azərbaycanlının qətlə yetirildiyini bildirib.

Gürcü gənclər Quba Soyqırımı Memorial kompleksini ziyarət edən gənclər gördükləri mənzərədən, mülkü insanlara qarşı törədilmiş bu dəhşətli faciədən böyük üzüntü duyuruq deyiblər. Gənclərə  Bakı,  Quba,  Şamaxıda erməni silahlı dəstələrinin törətdiyi soyqırımları özündə əks etdirən “Azərbaycan həqiqətləri”  filmlər kataloqunu hədiyyə edib.

Gənclər səfər çərçivəsində Qubanın  tarixi yerlərini, abidələrini ziyarət edib, yerli sakinlərlə görüşüblər.

Qeyd edək ki, görüş Q.Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, SOCAR Georgia, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752

Oxşar yazılar