Qənirə Paşayeva gürcü ziyalılara Azərbaycandan danışdı
26 mart 2014 12:11 (UTC +04:00)

Qənirə Paşayeva gürcü ziyalılara Azərbaycandan danışdı

Millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun sədri Qənirə Paşayeva Azərbaycanda səfərdə olan gürcü ziyalı və gəncləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, “Miras” İctimai Birliyinin layihəsi əsasında keçirilən görüşdə Q. Paşayeva bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil.

 

İki ölkə arasında münasibətlərin tarixi, bu günü və gələcək perspektivləri ilə bağlı fikirlərini gürcü ziyalıları və gənclərlə bölüşən millət vəkili Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Gürcüstanla münasibətlərin inkişafına verdiyi xüsusi önəmdən, bu siyasətin prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdiyindən danışıb.   

 

 

O, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən Gürcüstanda həyata keçirilən mədəni, təhsil, sosial layihələr barədə də məlumat verərək, iki dost ölkə arasında münasibətlərin daha da genişləndiyini və bu münasibətlərin inkişafında hər iki ölkənin gənc nəsillərinin üzərinə böyük vəzifələr düşdüyünü deyib.

 

Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun fəaliyyəti ilə də bağlı məlumat verən Q.Paşayeva Azərbaycan parlamentinin Gürcüstan ilə əməkdaşlığa böyük önəm verdiyini xüsusi vurğulayıb: “Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün pozulması kimi oxşar problemi var. Bunları həll etmək üçün bizim daha güclü şəkildə biri-birimizə dəstək verməyimizə, gənc nəslin bu istiqamətdə fəallığının daha da artmasına ehtiyac var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577

Oxşar yazılar