Qənirə Paşayeva autizmli uşaqlardan danışdı
26 dekabr 2013 14:12 (UTC +04:00)

Qənirə Paşayeva autizmli uşaqlardan danışdı

Akademik Milli Dram Teatrında autizmdən əziyyət çəkən və kimsəsiz uşaqlar üçün xeyriyyə aksiyası keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri, millət vəkili Qənirə Paşayeva xüsusi qayğıya ehtiyacı olan uşaqlara, əlil uşaqları olan ailələrə qarşı insani anlayışı, vətəndaş məsuliyyəti məsələsini ön plana çəkərək, xeyriyyə aksiyasına dəstək verən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova, bütün qurumlara, tədbirin bütün iştirakçılarına təşəkkür edib.

Tədbirin əsas təşkilatçılarından olan “Birgə və Sağlam” İB-nin sədri Aytən Zeynalova  rəhbərlik etdiyi təşkilatı, onun missiyası barədə, autizmdən əziyyət çəkən uşaqlara dəstək istiqamətində gördükləri işlərdən danışıb. O bildirib ki, öz övladı da bu xəstəlikdən əziyyət çəkir.

Türkiyə Cümhuriyyətinin Azərbaycan səfirliyinin Mədəniyyət və Tanıtma Müşaviri Seyid Əhməd Arslan xeyriyyə məqsədi daşıyan bu layihəyə dəstək göstərməkdən məmnunluq duyduğunu vurğulayıb və xeyriyyə, insanlıq naminə həyata keçirilən bu aksiyaların bu cür xəstəlikdən əziyyət çəkən insanlara dəstək istiqamətində cəmiyyət üçün də mühüm əhəmiyyət daşıdığını deyib.

Təşkilatçılar adından Atalay Dəmirçiyə mükafatla bərabər, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB adından xüsusi hədiyyə və modelyer Gülnarə Xəlilova tərəfindən Azərbaycan mədəniyyətini özündə əks etdirən əl işi təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1078

Oxşar yazılar

Evi yoxdur, amma adına 1000 manata  yaxın su borcu var

Evi yoxdur, amma adına 1000 manata yaxın su borcu var

12 avqust 2025 , 14:07
125 min uşaq  birinci sinfə gedəcək

125 min uşaq birinci sinfə gedəcək

12 avqust 2025 , 13:49
2300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi

2300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi

12 avqust 2025 , 13:46
Sabiq prokuror vəfat etdi

Sabiq prokuror vəfat etdi

12 avqust 2025 , 13:14
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

12 avqust 2025 , 12:39
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

12 avqust 2025 , 12:25
Ağcaqanadlarla yayılan virus Azərbaycana gəlib? - RƏSMİ

Ağcaqanadlarla yayılan virus Azərbaycana gəlib? - RƏSMİ

12 avqust 2025 , 11:22
Azərbaycanın əksər yerlərində yağış yağıb - GÜNÜN HAVASI

Azərbaycanın əksər yerlərində yağış yağıb - GÜNÜN HAVASI

12 avqust 2025 , 09:48