Qəbələdə mülki müdafiə qüvvələri təlim keçirib - YENİLƏNİB
17 may 2014 10:54 (UTC +04:00)

Qəbələdə mülki müdafiə qüvvələri təlim keçirib - YENİLƏNİB

Qəbələ rayonunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks təlim keçirilib.

 

APA-nın məlumatına görə kompleks təlimə Qəbələ rayon İcra Hakimiyyətinin, rayon fövqəladə hallar komissiyasının nümayəndələri, rayonun mülki müdafiə xidməti, mülki müdafiənin qüvvə və vasitələri cəlb olunub.

 

Kompleks təlimin keçirilməsində əsas məqsəd fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi sahəsində hazırlığın yoxlanılması, fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin təşkili və bununla bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi, fövqəladə hadisələrin nəticələrini aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi, eləcə də bu istiqamətdə praktiki vərdişlərin aşılanmasından ibarət olub. 

    

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti obyektə daxil olan cinayətkar qrupun zərərsizləşdirilməsi, fövqəladə hal baş vermiş ərazinin mühafizə edilməsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə və zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi işlərini, həmçinin adamların təhlükəsiz ərazilərə təxliyəsi ilə bağlı tapşırıqları yerinə yetiriblər.

 

Təlimlərin keçirilməsində əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının artırılmasına, praktiki tədbirlərin yerinə yetirilməsinə, mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik  qaydalarına ciddi riayət olunmasına yönəldilib.

 

Təlimə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının mülki müdafiə idarəsi, Şamaxı Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsi və Qəbələ rayon İcra Hakimiyyətinin birgə keçirdiyi kompleks təlimə 18 nəfər zabit heyəti, xidmət təşkilatlarının 300 nəfərlik mülki müdafiə dəstələri, 34 ədəd zəruri texnika və mexanizm cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818
avatar

Oxşar yazılar