Qazılan yolları hansı təşkilat təmir etməlidir?-REPORTAJ
15 dekabr 2013 21:23 (UTC +04:00)

Qazılan yolları hansı təşkilat təmir etməlidir?-REPORTAJ

Dekabrın 12-də paytaxta yağan qar və sulu qar nəticəsində Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində 3 avtobusun “Azərsu” Səhmdar Cəmiyyətinin qazdığı çuxura düşmüşdü. 

 

 

APA TV-nin məlumatına görə, avtobuslarda olan sərnişinlər tez bir zamanda təxliyə edilsə də avtobusu, eləcə də bir neçə avtomobili  sel sularından görünməz olan çuxurlardan çıxarmaq bir qədər vaxt aparmışdı. Çuxurların yaranmasına səbəb isə noyabr ayının sonlarında sözü gedən ünvanda "Azərsu" tərəfindən su və kanalizasiya xətlərinin yenilənməsi məqsədi ilə yolun bir hissəsinin qazılması idi. Yol qazıldı, borular basdırldı və işlər bitmiş kimi hər kəs  çəkilib getdi. Amma geridə qalan mənzərə yolun asfalt örtüyünün dağılması və avtomabillərin gediş-gəlişinin çətinləşməsi oldu. Bu çətinliyi birə beş artıran isə paytaxta yağan yağıntı oldu. Yollar bağlandı, gediş-gəliş bir neçə saat dayandı. Lakin yaranan acınacaqlı mənzərə də deyəsən aidiyyatı qurumları ayağa qaldırmadı. Əks halda dekabrın 12-dən keçən bu gunlər ərzində bu yollara bir əncam çəkilərdi. Məlumat üçün deyim ki, sözü gedən yol Xətai rayonunda yerləşən magistral yol olan Yüsif Səfərov küçəsinə pararleldə yerləşdiyindən, günün müxtəlif saatlarında həmin küçənin avtomobil yükünü azaltmaq məqsədi ilə avtomaşınların hərəkəti Nəcəfqulu Rəfiyev küçəsinə  yönləndirilir. Sakinlər və sürücülər üçün təhlükə mənbəyinə çevrilən yolun nə zaman təmir ediləcəyinə aydınlıq gətirmək üçün "Azəryolservis" ASC-i ilə əlaqə saxladıq.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyir ki, sözü gedən yola birbaşa təmsil etdiyi qurum cavabdeh olsa da qazıntı işləri "Azərsu" tərəfindən aparıldığından yaranmış problem də onlar aradan qaldırmalıdırlar: “ İstər avtomobil yolu olsun, istər prospekt. Küçələrdə qazıntı işləri aparılmazdan öncə Nəqliyyat Nazirliyinə müraciyyət edilməlidir. Texniki şərt alındıqdan sonra qazıntı işlərinə başlanıla bilər. Texniki şərtdə də yolun necə qazılmasından tutmuş hansı materiallardan istifadə olunması, eyni zamanda asfalt-beton örtüyünün vurulmasına kimi bütün şərtlər öz əksini tapıb. Hansı təşkilat texniki şərt alıbsa, o da düzəltməlidir”.

 

Yolda qazıntı işləri apararaq su xətti çəkən "Azərsu" ASC-nin mətbuat xidmətindən isə məsələyə aydınlıq gətirmək mümkin olmadı. Hər halda ümid edək ki, yağıntı başlamadan önçə dağıdılan yollara bir əlac edən tapılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1306
avatar

Oxşar yazılar