Qarabağ qaziləri prezidentə müraciət etdilər - YENİLƏNİB
11 yanvar 2014 14:14 (UTC +04:00)

Qarabağ qaziləri prezidentə müraciət etdilər - YENİLƏNİB

Qarabağ qaziləri Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.


 

APA-nın məlumatına görə, yeddi təşkilatın bir araya gələrək hazırladığı müraciətdə, ötən il dekabrın 25-də II qrup Qarabağ qazisi Zaur Həsən oğlu Həsənovla bağlı olaya dərhal müdaxilə etdiyi və onun ailə üzvlərinin problemlərinin bir hissəsinin həll olunması ilə əlaqədar ölkə başçısına minnətdarlığını bildiriblər.

 

Müraciətdə həmçinin ölkəmizin suverenliyi və ərazi bütövlüyünü müdafiə edərkən sağlamlığını itirib əlil olan şəxslərin sosial problemlərinin həllinə dair təkliflər yer alıb.

 

Həmin təkliflərə əsasən, qazilər ölkə başçısından Qarabağ əlillərinin (əsasən də sıravi heyətin) pensiya təminatı yaxşılaşdırılması, onlara kommunal xidmətlər sahəsində güzəştlər tətbiq edilməsi, Qarabağ əlilləri və onların ailə üzvləri üçün tibbi sığorta təminatı, təhsil haqlarının dövlət tərəfindən ödənilməsi, əlillərin sosial vəziyyətinin yaxşılaşdırılmasının effektli təşkilini təmin etmək üçün hökumət və QHT nümayəndələrindən ibarət komissiya və ya işçi qrup yaradılmasını xahiş ediblər.

 

Müraciəti Qarabağ qazilərinin problemlərinin həlli istiqamətində fəaliyyət göstərən yeddi təşkilat imzalayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3209

Oxşar yazılar