Qarabağ qaziləri prezident İlham Əliyevə minnətdarlıq ediblər. “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birliklərinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlar dövlət başçısının müharibə əlililəri ilə bağlı dünən verdiyi fərmanları yüksək qiymətləndiriblər: “Prezident İlham Əliyev tərəfindən ölkəmizdə yaşayan 11 min Qarabağ əlilinə şamil olunan çox mühüm bir fərman imzalanıb. Biz bu fərmanı gözləyirdik. Ölkə prezidentinə bu fərmana görə dərindən minnətdarlığımızı bildiririk”.
Xatırladaq ki, Qarabağ qaziləri bu ilin yanvar ayında Qarabağ əlillərinin sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan prezidentinə müraciət etmişdi.