Qarabağ qaziləri icra başçıları ilə görüşə başladırlar
03 aprel 2014 13:27 (UTC +04:00)

Qarabağ qaziləri icra başçıları ilə görüşə başladırlar

“Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birliklərinin sədrləri Etimad Əsədov, Firudin Məmmədov və Qazilər Birliyinin rəhbərliyində təmsil olunan Yaşar Həziyev, Rizvan Vəliyev, Rey Kərimoğlu Bakının üç rayonunun icra başçısı ilə görüşüblər. “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birliklərinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşlərdə Qarabağ əlillərinin real vəziyyəti, onların mövcud problemlərinin konkret həlli və dövlət tərəfindən bu sahədə görülən işlər geniş müzakirə edilib.

 

 

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla görüşdə E. Əsədov və F. Məmmədov son günlər Qarabağ əlilləri ilə bağlı dövlət tərəfindən görülən işlərdən, müharibə insanlarının problemlərinin həlli ilə bağlı İlham Əliyevin imzaladığı fərmanların əhəmiyyətindən, onların Qarabağ əlillərinin həyatlarının yaxşılaşdırılmasında oynadığı roldan danışıblar.

 

 

Hər üç görüşdə icra hakimiyyəti başçılarından xahiş olunub ki, Qarabağ əlilləri, şəhid ailələri və müharibə veteranlarının sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı müvafiq orqanlara öz təkliflərini versinlər.

 

Qeyd edək ki, Bakının icra hakimiyyəti başçıları ilə görüşlər davam edəcək. Görüşlərin sonunda əldə olunan nəticə barədə hesabat hazırlanaraq prezidenti  İlham Əliyevə və Bakı şəhər icra hakimiyyəti başçısı Hacıbala Abutalıbova göndəriləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499
avatar

Oxşar yazılar