Qanunsuz ov edənlər cərimələndilər
09 yanvar 2014 18:44 (UTC +04:00)

Qanunsuz ov edənlər cərimələndilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə yanvarın 9-da Şirvan Milli Parkı ərazisində növbəti reyd keçirilib.

 

Bu barədə Lent.az-a ETSN-in mətbuat xidmətindən məlumat verilib. Reyd zamanı qanunsuz ov etdiklərinə görə Salyan rayon sakinləri saxlanılıb,  onlardan 3 ədəd ov tüfəngi, 1 ördək və adı “Qırmızı kitab” a düşmüş 2 turac  götürülüb.

Faktla bağlı təqsirkar şəxslər barəsində müvafiq akt və protokol tərtib edilərək inzibati qaydada ümumilikdə onlara 4500 manat məbləğində cərimə tətbiq olunub, təbiətə dəymiş ziyanla bağlı 2000 manat məbləğində iddia qaldırılıb.

Faktın hansı şəraitdə baş verməsi və təfsilatlarının müəyyən edilməsi istiqamətində Nazirlik tərəfindən araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1178

Oxşar yazılar