Qanunsuz heyvan kəsimi qurğuları söküldü
24 iyul 2019 16:19 (UTC +04:00)

Qanunsuz heyvan kəsimi qurğuları söküldü

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, yol kənarlarında qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə növbəti nəzarət tədbirləri Zaqatala rayonunda keçirilib.
 
Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, reyd zamanı yol kənarlarında quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları sökülüb.
 
Sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqələrinin xidmətlərindən istifadə etmək, yaxud stasionar, modul və modul tipli kəsim məntəqələrini yaratmaq tövsiyə edilib.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar