Qafqazın ən böyük məscidi - <span style="color:red;">HEYDƏR MƏSCİDİ
27 dekabr 2014 11:26 (UTC +04:00)

Qafqazın ən böyük məscidi - HEYDƏR MƏSCİDİ

Bakıdakı Heydər məscidi Qafqazın ən böyük məscidi hesab olunur. Lent.az-ın məlumatına görə, məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib. Tikinti işləri zamanı bəzək elementləri xüsusi ustalıqla yerinə yetirilib. Ornamentlərin zənginliyi məscidin fasadının arxitekturasında xüsusi harmoniya yaradıb. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də tamamlama-bəzək işləri başa çatmaq üzrədir. Burada da xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. Hündürlükləri 55 metr və 35 metr olan baş və ikinci günbəzlər məscidin daxilinə xüsusi gözəllik verir.

Qeyd edək ki, dekabrın 26-da Bakıda Heydər məscidinin açılışı olub. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Lent.az Qafqazın ən böyük məscidinin fotolarını təqdim edir:


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Oxşar yazılar