Məşhur aktrisanın keçmiş əri güllələndi
02 avqust 2025 10:40 (UTC +04:00)

Məşhur aktrisanın keçmiş əri güllələndi

İzmirin Çeşme rayonunda bir əyləncə məkanında spirtli içki qəbul edərək aranı qarışdıran iki şəxs mübahisə zəminində buranın rəhbəri Mustafa Aksakallıya tapança ilə ayağından atəş açıb. Məkandakı çaxnaşma mobil telefon kamerasına düşüb və məşhur aktrisa Ezgi Molanın keçmiş əri Aksakallıya atəş açan iki hücumçu tutulub.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, gecə saatlarında M.E.A. və H.K.A. Çeşmə rayonu Hacımemiş məhəlləsindəki bir məkanda spirtli içki qəbul etdikdən sonra mübahisə başlayıb. Məkan sahibi və Ezgi Molanın keçmiş əri Mustafa Aksakallı müdaxilə etməyə cəhd göstərib. Mübahisə qısa zamanda davaya çevrilib və bir nəfər Aksakallıya tapança ilə atəş açıb. Ağsakallı ayağından güllə yarası alıb, Z.G. də vurulub.

Silah səslərindən dəhşətə gələn ərazidə olan insanlar təşviş içində qaçmağa başlayıblar. Xaos zamanı 33 yaşlı R.B.C., 21 yaşlı D.B., 20 yaşlı K.E., onun həmyaşıdalrı A.İ.T. və E.Y. yerdəki şüşə qırıqları nəticəsində yüngül şəkildə yaralanıb.

Ayağından vurulan Aksakallı yerə yıxılıb və dörd-beş dəfə atəş açıldığı güman edilir. Silah səslərini eşidən məkada əylənənlər özlərini qorumaq üçün masaların altına gizləniblər. Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib. Polis iki şübhəli şəxsi də saxlayıb.

Yaralılar təcili yardım maşını ilə Çeşme Alper Çizgenakat Dövlət Xəstəxanasına aparılıb. Xəsarət alan yeddi nəfərin hamısının vəziyyətinin yaxşı olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638

Oxşar yazılar