Baş toksikoloq sirkə turşusu içərək intihara cəhd edən qadınlardan <span style="color:red;">DANIŞDI
06 iyul 2017 12:39 (UTC +04:00)

Baş toksikoloq sirkə turşusu içərək intihara cəhd edən qadınlardan DANIŞDI

İyun və iyul ayları ərzində ümumilikdə 13 nəfər ilansancma ilə bağlı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov Lent.az-a bildirib ki, iyun ayında zərərçəkənlərdən 7 nəfər, iyul ayında isə 2 nəfər xəstəxanaya yerləşdirilib: “Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb, ölüm halı qeydə alınmayıb”.

Ötən illə müqayisədə bu il ilansancma faktlarının az qeydə alındığını deyən şöbə müdirinin sözlərinə görə, müraciətlər əsasən Bakının Xəzər, Qaradağ rayonları, Şamaxı, Bərdə, Qəbələ, Tovuz, Hacıqabuldan olunur. 

A.Maqsudov qeyd edib ki, bu ilin iyun ayında 12 nəfər spirtli içki sərxoşluğu, 6 nəfər isə dərmanların əks təsiri və allergik reaksiyası ilə bağlı şöbəyə müraciət edib. 

Şöbə müdiri onu da bildirib ki, ötən ay 2 qadın intihar məqsədi ilə sirkə turşusu içib və mərkəzə gətirilib: “ Onlar da müalicə olunduqdan sonra evə buraxılıblar. May ayında da daha bir qadın eyni yolla intihara cəhd etmişdi". 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Fərizə Əhmədova

Oxşar yazılar