İyulun 18-dən 24-dək musiqi sənəti, təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti üzrə qabiliyyət imtahanı keçiriləcək. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyandan məlumat verilib.
İdman üzrə isə qabiliyyət imtahanı iyulun 31-dən avqustun 12-dək baş tutacaq.
Memar və dizayner olmaq istəyənlər iyulun 25-dən avqustun 1-dək imtahan verməli olacaqlar.
Qeyd edək ki, kolleclərə qabiliyyət imtahanları avqustun 5-dən 13-dək keçiriləcək.