![[b]Qaydaları pozan piyadalar cərimələndi - FOTOSESSİYA[/b]](https://lent.az/storage/news/2019/april/11/big/9dad8cd446626c6c9e6894331759b0e8.jpg)
[b]Qaydaları pozan piyadalar cərimələndi - FOTOSESSİYA[/b]
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şəhərdə piyadaların müvafiq yerlərdə yeraltı və yerüstü keçidlərdən istifadə etməməsi ilə əlaqədar reydlər təşkil edib.
ONA-nın qərb bürosunun xəbərinə görə, şəhərin bir neçə küçə və prospektində baş tutan reyd zamanı 20-dən artıq piyada inzibati qaydada cərimələnib.
Qaydanı pozan piyadaları bəziləri piyada zolağından məsafənin uzaq olmasını bəhanə gətirib, bəziləri isə etdiyi qayda pozuntusunu etiraf edib. Reydin məqsədi piyadaların ölümü ilə nəticələnən hadisələrin qarşısını almaq olub.
Gəncə Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, piyadalar əksər hallarda maşınların sürətlə hərəkət etdiyi yollardan keçirlər. Ölüm təhlükəsi ilə üzləşən bu insanlar özləri ilə yanaşı, sürücülərin də həyatını riskə atırlar. Qayda pozan piyadalara qarşı mütəmadi olaraq profilaktik tədbirlər görülür. Bu cür reydlər qarşıdakı günlərdə də davam etdiriləcək.
Xatırladaq ki, 2018-ci ildə Gəncə şəhərində piyadaların vurulması ilə nəticələn 24 yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman 7 nəfər ölüb, 20 nəfər xəsarət alıb. 2019-cu ilin birinci rübündə isə piyadanın vurulması ilə nəticələn 15 hadisə qeydə alınıb. Həmin hadisələr zamanı 5 nəfər dünyasını dəyişib, 10 nəfər isə xəsarət alıb.
Oxşar yazılar

Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05
İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29