Prezident təqaüdü alacaq tələbələrlə bağlı<span style="color:red;"> İLGİNC STATİSTİKA
10 sentyabr 2014 11:42 (UTC +04:00)

Prezident təqaüdü alacaq tələbələrlə bağlı İLGİNC STATİSTİKA

Bu il ali təhsil müəssisələrinə 2014/2015-ci tədris ili üçün bakalavriat səviyyəsinə 100 minə yaxın abituriyentin iştirak etdiyi qəbul imtahanlarında 1727 nəfər abituriyent yüksək nəticə göstərərək 600 və daha yuxarı bal toplayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, ali məktəblərinə daxil olmuş tələbələrə prezident təqaüdünün verilməsi haqqında prezidentin dünən imzaladığı sərəncamla qəbul imtahanlarında ən yüksək bal toplamış 102 tələbə prezident təqaüdünə layiq görülüb. Onlardan 7 nəfərinin hər iki valideyni işsizdir. 27 nəfərin valideyni pedaqoq, 4 nəfərin valideyni təqaüdçü, 7 nəfərin valideyni hərbiçi, 11 nəfərin valideyni isə tibb işçisidir. 

Yüksək nəticə göstərənlər respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini də təmsil edir. 600 və daha yüksək bal toplayan abituriyentlərin sırasında regionlarda fəaliyyət göstərən ümumi təhsil müəssisələrin məzunlarının sayı bu il 882 nəfər təşkil edib.

600 və daha yüksək bal toplayanlar sırasında mülki ali təhsil müəssisələri ilə yanaşı xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olanlar da (35 nəfər) var. 

Yüksək nəticə göstərənlər I qrup üzrə (texniki və təbiət elmləri üzrə ixtisaslar) 488, II qrup üzrə (iqtisadiyyat üzrə ixtisaslar) 435, III qrup üzrə (humanitar ixtisaslar) 401, IV qrup üzrə (tibb ixtisasları) 403 nəfərdir. 9 nəfər isə maksimal nəticə – 700 bal toplayıb. Onlar I, II və IV ixtisas qrupları üzrə imtanan vermiş abituriyentlərdir. IV ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan 5 abituriyent Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olub. 

Ənənəvi olaraq bu il də 600 və daha yüksək bal toplayanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına dəvət olunub, onlarla anket sorğusu aparılıb, rəy və təklifləri dinlənilib. Həmin gənclərin həvəsləndirilməsi və ictimaiyyətə tanıdılması üçün silsilə tədbirlər həyata keçirilir. “Abituriyent” jurnalının bir nömrəsinin xüsusi olaraq yüksək nəticə göstərənlərə həsr olunması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4213

Oxşar yazılar