Prezident Naftalan və Goranboya 6 milyon manat ayırdı
05 iyun 2018 17:23 (UTC +04:00)

Prezident Naftalan və Goranboya 6 milyon manat ayırdı

Prezident İlham Əliyev Naftalan şəhərində yeni körpələr evi-uşaq bağçası binasının tikintisi ilə bağlı sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən Naftalan şəhərində yeni 200 yerlik körpələr evi-uşaq bağçası binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentinin ehtiyat fondundan Naftalan Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

 

Dövlət başçısı digər bir sərəncamı ilə Goranboy şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 40 mənzilli yaşayış binasının tikintisi üçün Goranboy Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292
avatar

Oxşar yazılar