Prezident müəllimləri təbrik etdi
14 dekabr 2013 11:52 (UTC +04:00)

Prezident müəllimləri təbrik etdi

Azərbaycan prezident İlham Əliyevin Azərbaycan Müəllimlərinin XIV Qurultayına təbrik məktubu ünvanlayıb.

 

Lent.az-ın məlumatına görə, məktubda deyilir: “Hörmətli qurultay iştirakçıları, sizi və sizin simanızda bütün Azərbaycan müəllimlərini səmimi qəlbdən salamlayır, hamınıza can sağlığı və xoşbəxtlik, fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram. Azərbaycan müəlliminin tarixən xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri vardır. dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın kökündə dayanan müəllim daim cəmiyyətimizdə hörmət və ehtiramla əhatə olunmuşdur. Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. təhsil sistemində həyata keçirilən bütün işlər, o cümlədən son 10 il ərzində 2700 məktəbin tikilməsi, təhsilin maliyyələşdirilməsinin artırılması, idarə edilməsinin təkmilləşdirilməsi və digər islahatlar bütövlükdə təhsilimizin aparıcı qüvvəsi olan müəllimin mövqeyinin gücləndirilməsi üçün möhkəm zəmin yaradıb. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyasının qəbul olunmasından sonra keçirilməsi qurultayınızın Azərbaycan müəllimlərinin əvvəlki ali məclislərindən fərqləndirən mühüm hadisədir. Strategiya qarşıdakı dövr üçün milli təhsil sisteminin prioritet istiqamətlərini və başlıca məqsədlərini müəyyən edərək sizin qarşınızda xalqımızın gələcəyi naminə həyati əhəmiyyətli yeni vəzifələr qoyur. onun tələbi sürətlə modernləşən ölkəmizdə təhsil sisteminin insan kapitalının inkişafına xidmət etməsinin, təhsilin keyfiyyət göstəricilərinin ən yüksək səviyyəyə çatdırılmasının və bütün pillələrində köklü dönüş yaradılmasının, həmçinin müəlliminin səmərəli fəaliyyətinin dünya standartlarına uyğun təşkilinin təmin olunmasından ibarətdir. Qurultayınızın ötən müddət ərzində görülən işləri obyektiv qiymətləndirəcəyinə, tale yüklü məsələlər ətrafında müzakirələrin və qərarların ölkənin təhsil sisteminin təkmilləşdirlməsinə öz layiqli töhfəsini verəcəyinə ümidvar olduğumu bildirib hər birinizə uğurlar arzu edirəm. İnanıram ki, Azərbaycan müəllimi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, Azərbaycançılıq məfkurəsinə sadiq və qloballaşan dünyanda ölkəmizi layiqincə təmsil etməyə qadir vətəndaş yetişdirilməsində bundan sonra da var qüvvəsini əsirgəməyəcəkdir ”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2137

Oxşar yazılar