Aprelin 26-da prezident İlham Əliyev Bakının Binəqədi rayonu ərazisində tikilən yeni məscid kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olub. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyevə məscid kompleksinin layihəsi əsasında görülən işlərlə bağlı məlumat verilib.
Dövlət başçısı ayrı-ayrı inşaat sahələrini gəzdi, tikintinin gedişi ilə yaxından tanış oldu və müvafiq tapşırıqlarını verib.