Prezident məktəb tikintisinə 4 milyon manat ayırdı
02 aprel 2018 19:03 (UTC +04:00)

Prezident məktəb tikintisinə 4 milyon manat ayırdı

0
Azərbaycan prezidenti İlham Əliyev Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
 
 
 
APA-nın məlumatına görə, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında cəmi 776 şagird yerlik modul tipli 14 məktəbin quraşdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 392 000 manatı Təhsil Nazirliyinə ayrılıb.
 
 
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar