Prezident Lerikə 7 milyon manat ayırdı
19 avqust 2014 18:25 (UTC +04:00)

Prezident Lerikə 7 milyon manat ayırdı

Prezident İlham Əliyev Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, otuz min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Lerik Rayon İcra Hakimiyyətinə ayrılıb.
 

Maliyyə Nazirliyinə sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 747
avatar

Oxşar yazılar