Dərman vasitələrinin qiyməti ilə bağlı <span style="color:red;">YENİ XƏBƏR
03 fevral 2015 19:48 (UTC +04:00)

Dərman vasitələrinin qiyməti ilə bağlı YENİ XƏBƏR

Prezident İlham Əliyev “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri təsdiqləyib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, dəyişikliyə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

            

Qanunda edilmiş dəyişiklik bunlardan ibarətdir.



1. 4.1.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.1.5-ci maddə əlavə edilsin:

“4.1.5. dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi.”.

2. 4.5-ci maddədə “tarifləri” sözündən sonra “və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri” sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmunda 4.6-cı maddə əlavə edilsin:

“4.6. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 81
avatar

Oxşar yazılar